CƏMİYYƏT


Bu il 10 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni addım kimi nazirliyin “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradıb. Proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırığına əsasən sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, bu islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunması, həmin kontekstdə də fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait yaradılmasıdır.