CƏMİYYƏT


Kənd təsərrüfatı məhsullarının istehsalı 6,2 faiz artıb

Bu ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 206,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onun da 2 milyard 557 milyon manatı heyvandarlıq, 2 milyard 649,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.