CƏMİYYƏT


Bakıda qanunsuz anbarlar aşkarlandı

Bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb.
Həmin faktla bağlı cinayət işinin istintaqı zamanı Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə Binəqədi rayonu, Biləcəri - Baksol yolunda yerləşən anbarlara maddi məsul şəxslərinin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirib.