CƏMİYYƏT


Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilib ki, Xəzər Dəniz Akvatoriyasında sentyabrın 21-dən 22–si səhərədək Qərb küləyinin sürəti 18–23 metr saniyədən, arabir 28–33 metr saniyəyədək güclənəcək. Xəzərdə isə küləyin sürəti arabir 35–38 metr saniyə olacaq. Dalğanın hündürlüyü 2–4 metr, sonrakı inkişafda 5,5–7,5 metr təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır