CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beyləqan, sədrin birinci müavini Səyyad Salahlı Saatlı, sədr müavini Gündüz İsmayılov isə Sabirabad rayonunda vətəndaşları qəbul ediblər. Beyləqan, Xocavənd, Saatlı, İmişli və Sabirabad rayonlarının sakinlərinin iştirak etdiyi qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb.