CƏMİYYƏT


Daxili İşlər naziri Lənkəranda vətəndaşları qəbul edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 25-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından müraciət edən 42 nəfər iştirak edib.