CƏMİYYƏT


Narkotik maddələrin satışı ilə məşğul olan bacı-qardaş tutuldu

Sentyabrın 23-ü Cəlilabad rayon sakini Heydər Əsgərovun döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diqazozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hadisəni törədən Salyan rayon sakini əvvəllər məhkum olunmuş Süsən Əliqi saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, Süsən Əliqi zərərçəkən şəxslə əvvəlcə bir yerdə spirtli içki qəbul edib daha sonra aralarında yaranan mübahisə zamanı onu bıçaqlayıb. Əməliyyat tədbirlərinin davamı olaraq rayonun Uzuntəpə kəndi ərazisində yaşadığı evə baxış zamanı 2 ədəd kibrit qutusu və 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs marixuananı satmaq məqsədi ilə qardaşı Adildən aldığını bildirib. Cəlilabada RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat zamanı narkotik vasitələri satan Adil Əliqinin Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə baxış zamanı oradan əlavə olaraq 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb. O,  bacısına Cəlilabad rayonunda narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün marixuana satdığını etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır