CƏMİYYƏT


Taksi sürücülərinə qarşı dələduzluq edən dəstə üzvləri saxlanılıblar

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan mütəşəkkil dəstənin üzvlərini əməliyyat tədbirləri nəticəsində saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin Samir Hüseynli və Vüsal Zöhrabov müəyyənləşdirilərək tutulublar. Taksi sürücülərinə qarşı dələduzluq etmək təklifini dəstənin üzvü E.Kazımovun irəli sürdüyü müəyyənləşdirilib.