CƏMİYYƏT


İstanbulda “Qaranlıqda və səssizlikdə dialoq” mövzusunda layihə həyata keçirilir

İstanbulda metro stansiyalarının birində “Qaranlıqda və səssizlikdə dialoq” mövzusunda maraqlı sosial layihə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu məkanda olan hər kəs xüsusi texnikanın köməyi ilə vizual şəkildə bir saatlıq görmə və ya eşitmə qabiliyyətindən məhrum halda yaşamağın nə olduğunu anlamaq imkanı əldə edir. Həmin yerdə 30-dan çox görmə və eşitmə problemləri olan insan işləyir. Buraya gələnlər bələdçilərin köməyi ilə onlara verilən xüsusi ağ əsalarla İstanbulun parklarını gəzir, bazara gedir, tramvaya minir və kafedə otururlar. Beləliklə, burada ziyarətçilər görmə və eşitmə qüsurlu insanın bir gününü əyani şəkildə yaşayır, özlərini bu problemlərlə üzləşənlərin yerinə qoyurlar.