CƏMİYYƏT


Əmlak Məsələləri Dövlət Komitəsi “Jurnalistlərin binası”nda səyyar qeydiyyat xidməti göstərib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilən binaların çıxarışla təmin olunması ilə bağlı işlər sürətlə davam edir. Xidməti vətəndaşın ünvanında göstərən komitə Prezident İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair elektron çıxarış hazırlayır.