CƏMİYYƏT


Xaçmaz rayonu üzrə 12 siyahıyaalma məntəqəsi fəaliyyət göstərir

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, oktyabrın 1-də startı verilən əhalinin növbəti siyahıyaalınması Xaçmazda da uğurla davam etdirilir. Rayon üzrə 12 siyahıyaalma, 113 təlimatçı və 565 sayıcı məntəqəsi yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda yaradılan məntəqələrdən üçü Xaçmaz, biri Xudat şəhərlərində, qalan səkkizi isə kəndlərdə fəaliyyət göstərir.