CƏMİYYƏT


Yolu keçmək istəyən piyadanı maşın vurub

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən axşam şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Kürdəmirdə məskunlaşan Laçın rayon sakini, 1981-ci il təvəllüdlü Fərəcov Natiq Məhərrəm oğlu dördyol ayrıcı deyilən yerdə yolu keçmək istəyərkən Kürdəmirdə məskunlaşan Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü sürücü Əhmədov Ramiz Yaqub oğlunun idarə etdiyi “VAZ 2106” markalı maşınla vurulub. Yaralı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır