CƏMİYYƏT


Qubada 1 ton alma oğurlayan şəxslər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 30-u gecə saatlarında Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik almanı oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin Əliməmmədoba kənd sakinləri Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib.