CƏMİYYƏT


Məhkəmələrin qərarları ilə müsadirə olunmuş bir tondan çox narkotik vasitə məhv edilib

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş bir tondan çox müxtəlif narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları oktyabrın 4-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.
AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Komissiyanın, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır