CƏMİYYƏT


Naxçıvan Sazişinin 10 illiyi Beynəlxalq Türk Akademiyasında qeyd edilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Sammiti ərəfəsində təşkil edilən toplantıda Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı Türk Şurasının 10 illik fəaliyyətindən danışaraq Naxçıvan Sammitinin türkdilli ölkələrin əməkdaşlığının inkişafındakı əhəmiyyətini vurğulayıb. O, 3 oktyabr tarixinin türk dünyasının inteqrasiya günü olduğunu bildirib və 10 il əvvəl Naxçıvanda baş tutan tarixi Zirvə Görüşündə Türk Şurasının, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Beynəlxalq Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, Ağsaqqallar Şurasının yaradıldığını xatırladıb.