CƏMİYYƏT


“Güllələnmiş məzarlar” filmi təqdim olunub

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən hazırlanmış “Güllələnmiş məzarlar” sosial filminin təqdimatı keçirilib.
Azərbaycan və ingilis dillərində hazırlanan film, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin, kənd məzarlığının erməni hərbi birləşmələri tərəfindən viran edilməsi, dağıdılması timsalında işğal altındakı yaşayış məskənlərimizdə məhv edilmiş bütöv bir sivilizasiya haqda məlumatları dünyaya çatdırmaq məqsədi daşıyır.