CƏMİYYƏT


Daxili İşlər naziri əsgər və hərbi qulluqçularla görüşüb

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşılanma mərasimindən sonra hərbi hissənin qərargahında “Şərəf kitabını” imzalayan nazir əsgərlərin və hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olub.