CƏMİYYƏT


Avtobusda sükan arxasında tütün məmulatından istifadə ilə bağlı 149 müraciət edilib

Avtobusda sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 149 müraciət daxil olub.
Bunu AZƏRTAC-a Bakı Nəqliyyat Agentlyindən bildiriblər. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 55 nəfər avtobus sürücüsü cərimələnib.
Məlumat üçün bildirilir ki, tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan layihənin artıq müsbət nəticələri hiss edilir. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır