CƏMİYYƏT


Hacıqabul polis əməkdaşları vətəndaşın həyatını xilas ediblər

Hacıqabul RPŞ DYPB-nin əməkdaşları vətəndaşın həyatını xilas ediblər. Polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib. Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadının səhhəti tamamilə normallaşıb.