CƏMİYYƏT


Bakıda narkotik satan dəstə tutuldu

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri, əvvəllər məhkumluq həyatı yaşamış Yusif Allahverdiyev, Nicat Novruzlu, Elçin Həsənov və Heybət Abbasov saxlanılıblar. Onların üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə heroin və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır