CƏMİYYƏT


Rövşən Rzayev: Bu il 6 min məcburi köçkün ailəsinə mənzillər veriləcək

Oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının icra katibliyində mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, komitə sədri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olduğunu bildirib. Qeyd edib ki, “Qobu-Park” yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır