CƏMİYYƏT


Vətəni Hindistan olsa da, ölkəmizdə yalnız Neftçalada bitir

Lotos və ya Şanagüllə bitkisi ölkəmizdə yalnız Neftçalanın Xolqarabucaq kəndində bitir.
AZƏRTAC xəbər verir ki, kənd sakini Həzrətqulu Kərimov 20 il əvvəl balıq yetişdirmək üçün göl düzəldib. Bir neçə ildən sonra təsadüf nəticəsində suda Şanagüllə bitkisinin boy atdığını görüb. Bitki çox çəkmir ki, bütün gölü əhatə edir. Belə olduqda kənd sakini göldə balıq yetişdirmək fikrindən daşınır və Şanagüllə bitkisinə qulluq etməyə başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır