CƏMİYYƏT


İnsanları ziyarətgahlara aparmaq adı ilə aldadıb pullarını alan şəxs saxlanıldı

Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Xəyal İsmayılov özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları İraq və İran İslam Respublikasında yerləşən ziyarətgahlara aparacağını söz verərək onlardan müxtəlif məbləğlərdə pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar X.İsmayılovla əlaqə saxlaya bilməyiblər.