CƏMİYYƏT


FHN-də zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunan tədbir

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında cari il fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantının keçirilməsində məqsəd baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi Sərəncam və tapşırıqların icrası üzrə ötən dövr ərzində görülmüş tədbirlərin, həmçinin işlərin qısa müddətdə yekunlaşdırılması istiqamətində qarşıya çıxan məsələlərin həlli yollarının müzakirəsi olub.