CƏMİYYƏT


Qubada oğurluq edərkən müşahidə kamerasını sındırıb qaçan şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.