CƏMİYYƏT


Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

“Qloballaşma dövründə medianın inkişaf trendləri: risklər və imkanlar" mövzusunda Bakı Beynəlxalq Media Konfransının iştirakçıları oktyabrın 16-da Qubaya səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçısı olan yerli və xarici media nümayəndələrini qarşılayan Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlara rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, Qubadakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.