CƏMİYYƏT


“Volk Qədir” kimi tanınan narkotacir tutulub

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayonu Ləcət kənd sakini, 47 yaşlı Əbülfət Həsənovu kənd ərazisində yerləşən meşəlik ərazidə saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə axtarış zamanı onun əlindəki kisədən iki sellofan bükümdə, ümumi çəkisi 1 kiloqram 330 qram olan qurudulmuş marixuana aşkar edilib.