CƏMİYYƏT


Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb

Çinin paytaxtında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forum dünyanın 69 ölkəsindən 500-ə yaxın gəncin iştirak etdiyi Asiya-Afrika gənclər festivalı çərçivəsində həyata keçirilir. Tədbirdə tarixi İpək Yolunun əhatə etdiyi ölkələrdən gənc sahibkarlar, inkubator yaradıcıları, startapçılar və dövlət qurumları nümayəndələri iştirak edirlər. Layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara bizneslərinin inkişafı üçün dəstək olmaq, onların davamlı ünsiyyəti və innovativ ideyaları həyata keçirmələrinə töhfə vermək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmək üçün bir sıra imkanlar təklif etməkdir.