CƏMİYYƏT


Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbəyə şikayət edən Astara rayon sakini Sadiq Mirzəyev Cavadxan küçəsi, ev 17 ünvanının qarşısında mobil telefonunu özünü Qorxmaz kimi təqdim edən şəxsə müvəqqəti danışmaq məqsədi ilə verdiyini, lakin sonuncunun hadisə yerindən uzaqlaşıb bir daha geri qayıtmayaraq ona qarşı dələduzluq etdiyini bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edənin Ağsu rayon sakini 1997-ci il təvəllüdlü Əsgərov Qorxmaz Mətləb oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır