CƏMİYYƏT


Quba sakininin avtomobilini qaçıran şəxs dövlət sərhədində saxlanılıb

Quba rayonu Püstəqasım kənd sakini Niyazi Abdullayev Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, ona məxsus “VAZ-21011” markalı avtomobilin qaçırıldığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsinin Sumqayıt şəhər sakini, 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. E.Nöhbalayev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunub.