CƏMİYYƏT


Avtomobili narkotik vasitənin təsiri altında sürən və oğurluqla məşğul olan şəxslər saxlanılıb

Cəlilabad rayonunun Qarazəncir kəndindəki evlərdən birindən oğurluq edilib.
Bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində noutbuk, qiyməti min manat olan spirtli içkilər, həmçinin bir antena oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən kənd sakinləri Elvin Mehdizadə və Asif Ağayev saxlanılıblar. Onlardan mənzildən oğurladıqları noutbuk aşkarlanaraq maddi sübut kimi götürülüb.