CƏMİYYƏT


Xaçmazlı mühəndis həyətində 25 növ ekzotik quş bəsləyir

Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev 7 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quş növləri saxlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca mühəndis olan Ö.Hacıbalayevin fermasındakı quşların sayı artıq 100-ə çatıb. Təsərrüfatda tovuzquşu, linda və xalmaqor qazı, yapon toyuqları, kəklik, Qafqaz qırqovulu, tutuquşu kimi, ümumilikdə, 25 növ ekzotik quş bəslənilir.