CƏMİYYƏT


Şəkidə Milli Oftalmologiya Mərkəzinin filialı açılıb

Əhaliyə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə oktyabrın 25-də Şəki şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılıb. Milli Oftalmologiya Mərkəzinin Şəki filialı regionlarda yaradılan sayca üçüncü tibb müəssisəsidir. Filial üçün şəhərin mərkəzi hissəsində yerləşən qədim tarixi tikili seçilib. Binada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Səhiyyə ocağı ən müasir tibbi avadanlıqla təchiz edilib.