CƏMİYYƏT


Həyatı təhlükədə olan hamilə qadın və körpəsi həkimlərin səyi nəticəsində xilas edilib

Həyatı təhlükədə olan 37 yaşlı hamilə qadın və körpəsi Quba Regional Perinatal Mərkəzində həkimlərin səyi nəticəsində xilas edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hamiləliyinin 34-35-ci həftəliyində olan Xaçmaz rayonu Qusarçay kənd sakini Amanə Məmmədova Mərkəzə uşaqlıqda ağrılı çapıq diaqnozu ilə daxil olub. Ultrasəs müayinəsi (USM) zamanı ciftin çapığa birləşməsi aşkar edilib. Ananın həyatı üçün təhlükəli vəziyyət nəzərə alınaraq dərhal əməliyyat olunmasına qərar verilib.