CƏMİYYƏT


Binədə evdən oğurluq edən şəxslər saxlanılıb

Xəzər rayonu Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-cü Polis Bölməsinə müraciət edərək evdə olmadığı müddətdə məzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmədə zərərçəkənin ifadəsi alınan zaman ona ümümilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub.
Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər.