CƏMİYYƏT


Gələn ildən etibarən daşınmaz əmlakını sığorta etdirməyənlər cərimə oluna bilər

Bu tələb Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. İcbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər. İcbari sığortanın bir illik məbləği Bakıda 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər yaşayış məntəqələrində 30 manatdır.