CƏMİYYƏT


Bakı sakininin evindən 7 kiloqramdan çox marixuana aşkarlanıb

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir. Növbəti belə tədbir paytaxtın Maştağa qəsəbəsində həyata keçirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qəsəbə sakini Cahangir Hüseynov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman oradan ümumi çəkisi 7 kiloqram 400 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.