CƏMİYYƏT


İsmayıllıda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər tikilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə İsmayıllı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi yaşayış evi tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşayış evləri İsmayıllı şəhərində, Təzəkənd, Ağbulaq və digər kənd yaşayış məntəqələrində inşa olunur.