CƏMİYYƏT


Bakıda keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq təlim davam edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə noyabrın 3-dən FHN Akademiyasında start götürən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq təlim davam edir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə iştirak edən aidiyyəti qurumlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, müvafiq təkliflərin hazırlanması, qərarların qəbulu, fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində əməliyyat və qarşılıqlı fəaliyyət prosedurlarının yerinə yetirilməsi işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır