CƏMİYYƏT


Yevlaxda əlillər üçün Regional Bərpa Mərkəzi təmirdən sonra istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər iştirak ediblər.