CƏMİYYƏT


Bakı-Gəncə-Bakı dəmir yolu xəttinə əlavə qatar buraxılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.