CƏMİYYƏT


Ankarada keçirilən Azərbaycanın Dövlət Bayrağı Günündə rəsm sərgisi və konsert olub

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, bu qrupun sabiq rəhbəri Necdet Ünüvar, qardaş ölkə parlamentinin üzvü Məyin Gündoğan və digər nüfuzlu şəxslər tədbir iştirakçıları arasında olublar.
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim 9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü, üçrəngli bayrağımızın təsis olunmasının tarixi və müasir dövlətimizin əsas atributuna çevrilməsi ilə bağlı iştirakçılara məlumat verib.