CƏMİYYƏT


Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb

Ölkə başçısının 2019-cu il 1 iyun tarixli Sərəncamına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələrinin miqyası əhəmiyyətli dərəcədə genişlənib. Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən 8 mindən çox şəxsə xidmət göstərilir.