CƏMİYYƏT


Daxili İşlər naziri Fransanın ölkəmizdəki səfirini qəbul edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib. Qonağı salamlayan nazir yeni təyinat münasibəti ilə onu təbrik edib, ölkəmizdəki diplomatik işində ona uğurlar arzulayıb, fəaliyyəti müddətində Azərbaycan-Fransa münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.