CƏMİYYƏT


Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan tərəfdən Gənclər və İdman naziri Azad Rəhimov, Rusiya tərəfdən isə Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya imzalayıblar.