CƏMİYYƏT


Zərdabda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb

Zərdab rayon sakinləri Məmmədquliyev Elgün Cənayət oğlu və Səfərəliyev Sadiq İsrail oğlunun üzərində narkotik vasitələr olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında hər iki şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və üzərlərindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.  Müəyyən edilib ki, narkotik vasitələri Sadiq Səfərəliyevə  Zərdab rayon Sarıqaya kənd sakini Məmmədov Məhəmməd Cavanşir oğlu satıb. Bu səbəbdən Məhəmməd Məmmədov da şübhəli şəxs qismində saxlanılıb.  Üzərindən və yaşadığı evdən əlavə 277,99 qram qurudulmuş marixuana aşkar  edilərək,  götürülüb. 

Elgün Məmmədquliyev isə  narkotik vasitəni Zərdab rayon Məlikli kənd sakini İsmayılzadə Məğrur Mətləb oğlunun satdığını deyib. Məğrur İsmayılzadə də polis tərəfindən tutulub və üzərindən 1,02 qram, yaşadığı evdən isə 420 qram narkotik maddələr aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır