CƏMİYYƏT


Kiyevdə Azərbaycan multikulturalizmi haqqında Ümumukrayna esse müsabiqəsinin qalibləri təltif edilib

Taras Şevçenko adına Milli Muzeydə tələbələr arasında “Azərbaycan multikulturalizmi fundamental sülh və tolerantlıq konsepsiyası kimi” mövzusunda Ümumukrayna esse müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin və təltif mərasiminin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. Beynəlxalq Tolerantlıq Günü ilə eyni vaxtda düşən təltif mərasimi çərçivəsində müsabiqənin qaliblərinə fərmanlar və hədiyyələr təqdim edilib. Müsabiqədə ilk üç yeri tutan iştirakçılar yay və qış beynəlxalq multikulturalizm məktəblərinə dəvət alıblar.