Nəsimi - 650


Azərbaycanda bir gündə 650 min ağac əkiləcək - İnfoqrafika

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu nəcib təşəbbüsə geniş ictimaiyyət nümayəndələri, dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaq. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi komissiya yaradılıb. Ən çox ağac Sabirabad və Saatlı rayonlarında əkiləcək, onların hər biri 50 min ağac əkmək istəyini bildirib. Əsasən xan çinarı, Eldar şamı, dəmirağac, qızılağac, şərq çinarı, göyrüş, akasiya, palıd, ağcaqayın, badam, zeytun, nar, fıstıq, alma, qoz, şabalıd, ərik, xurma, fındıq, şaftalı, alça, gavalı və sair ağaclar əkiləcək.