CƏMİYYƏT


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotacirlərə qarşı əməliyyat keçiriblər

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar.