CƏMİYYƏT


Baramadan ipək sap necə alınır Şəkidən REPORTAJ

“Azəripək” MMC-nin baramaaçan istehsalatı ötən ilin avqustundan indiyədək fasiləsiz fəaliyyət göstərir.
İstehsalatın meneceri Əsabəli Nəzərovun deyib ki, baramaaçan istehsalatının birnövbəli iş rejimində ilboyu fəaliyyət göstərməsi üçün 120 ton quru barama tələb olunur. Zəruri xammal ehtiyatı yarandığı üçün bu istehsal sahəsi 2018-ci ilin avqustundan indiyədək fasiləsiz iş rejimində fəaliyyət göstərir. Hazırkı xammal ehtiyatı ilə baramaaçan istehsalatı növbəti barama mövsümünədək fasiləsiz fəaliyyət göstərə biləcək.
Əsabəli Nəzərovun sözlərinə görə, buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 2008-ci ildə baramaaçan istehsalatında yenidənqurma işləri aparılıb, burada Çində istehsal olunan yeni, müasir baramaaçan, barama sarıyan, barama buğa verən dəzgahlar, vakuum aparatı quraşdırılıb. Yenidənqurma işlərindən sonra bu istehsalatda əmək məhsuldarlığı bir neçə dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır